EN

Bakıda yeniyetməyə bacısı oğluna işgəncə verməkdə ittiham olunan qadın həbs olunub

Bakıda yetkinlik yaşına çatmayan azyaşlnın fiziki zorakılığa məruz qalması ilə bağlı ittiham olunan şəxs həbs olunub.

APA xəbər verir ki, 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən Günay Novruzova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib.

Chosen
84
11
apa.az

10Sources