Bakupost saytına istinadən ain.az xəbər verir.
ABŞ-nin "İnter Mayami" klubunun argentinalı ulduz futbolçusu Lionel Messi "Sietl Saunders"də çıxış edən həmyerlisi Pedro de la Veqanı hədələyib.
Bakupost.az "Marca" nəşrinə istinadən xəbər verir ki, bu, komandalar arasında keçirilmiş Liqa Kubokunun final matçından sonra baş verib.
Hər iki oyunçu qarşılaşmanın ardından mübahisə ediblər. Messi Veqaya - "mən yığmada olduğum müddətdə sən heç vaxt millidə oynamayacaqsan", - deyib.
Qeyd edək ki, görüş "İnter Mayami"nin 0:3 hesablı məğlubiyyəti ilə bitib. Matçdan sonra futbolçular arasında əlbəyaxa dava düşüb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.