"Qarabağ"la “Deloitte Azərbaycan” arasında anlaşma Memorandumu imzalanacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tədbir sabah klubun Suraxanı qəsəbəsində yerləşən “Azərsun Arena”dakı təlim-məşq bazasında təşkil olunacaq.
Mərasim saat 15.00-da başlayacaq.