EN

Lionel Messi argentinalı futbolçunu hədələdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin "İnter Mayami" klubunun argentinalı ulduz futbolçusu Lionel Messi "Sietl Saunders"də çıxış edən həmyerlisi Pedro de la Veqanı hədələyib.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, bu, komandalar arasında keçirilmiş Liqa Kubokunun final matçından sonra baş verib.
Hər iki oyunçu qarşılaşmanın ardından mübahisə ediblər. Messi Veqaya - "mən yığmada olduğum müddətdə sən heç vaxt millidə oynamayacaqsan", - deyib.
Qeyd edək ki, görüş "İnter Mayami"nin 0:3 hesablı məğlubiyyəti ilə bitib. Matçdan sonra futbolçular arasında əlbəyaxa dava düşüb.
Chosen
67
4
oxu.az

9Sources