EN

Makron villasını 3,6 milyonaSATDI

Fransa Prezidenti Emmanuel Makron ölkənin şimalındakı “Le Touquet-Paris-Plage”dəki villasını satıb.

Redaktor.az xəbər verir ki, bu haqda “Le Canard Enchaine” nəşri yazıb.

“Paris notariusunun ofisində Bricit Makron “Le Touquet”dəki ailə evinin alqı-satqısı üçün müqavilə imzalayıb. Alqı-satqı müqaviləsinə əsasən sövdələşmə 3,6 milyon avroya bağlanıb”, - məqalədə deyilir.

Nəşrin məlumatına görə, villa “Oxial” şirkəti tərəfindən alınıb. Binanın premium mağazalarının olduğu ticarət obyektinə çevrilməsi planlaşdırılır.

Məlumata görə, həmin villa Bricit Makrona məxsus idi.

Chosen
42
5
redaktor.az

8Sources