EN

Gürcüstan parlamenti Saakaşvilinin partiyasının ləğvi üçün qətnamə qəbul etdi

TBİLİSİ, 3 sentyabr. TELEQRAF

Gürcüstan parlamenti Vahid Milli Hərəkat Partiyasının (VMHP) ölkə konstitusiyasına zidd elan edilməsi üçün xüsusi qətnamə qəbul edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, sənədi 85 deputat dəstəkləyib.

Qətnamə ilə parlamentin müvəqqəti komissiyasının 2003-2012-ci illərdə hakimiyyətdə olmuş rejimin dövründə törədilmiş cinayət faktlarının yer aldığı 460 səhifəlik hesabatı təsdiqlənib.

“Gürcü Arzusu” fraksiyasının rəhbəri İrakli Kirtsxaliya bildirib ki, qətnamənin əsasında VMHP-nin ləğv edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə tutarlı və əsaslı iddia hazırlanacaq.

Xatırladaq ki, VMHP-ni 2001-ci ildə Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili təsis edib. Siyasi təşkilat 2004-2012-ci illərdə Gürcüstanın hakim partiyası olub.

Chosen
62
18
teleqraf.com

10Sources