Bakı. Trend:
Gürcüstan parlamenti ölkənin əsas müxalifət partiyası hesabolunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) ölkəkonstitusiyasına zidd elan edilməsi üçün xüsusi qətnamə qəbuledib.
Trend xəbərverir ki, 85 deputat sənədin lehinə səs verib. Bildirilib ki,qətnamə ilə parlamentin müvəqqəti istintaq komissiyasının2003-2012-ci illərdə hakimiyyətdə olmuş rejimin dövründə törədilmişcinayət faktlarının yer aldığı 460 səhifəlik hesabatıtəsdiqlənib.
Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasınınparlamentdəki fraksiyasının rəhbəri İrakli Kirtsxaliya bildirib ki,qətnamənin əsasında VMHP-nin ləğv edilməsi ilə bağlı KonstitusiyaMəhkəməsinə tutarlı və əsaslı iddia hazırlanacaq.
Xatırladaq ki, VMHP-ni 2001-ci ildə eks-prezident MixeilSaakaşvili təsis edib və 2004-2012-ci illərdə Gürcüstanın hakimpartiyası olub.