EN

Binəqədi-Novxanı şosesində "Mercedes" yanıb


Binəqədi-Novxanı şosesində minik avtomobili yanıb. "Mercedes" markalı avtomobil yanaraq tamamilə yararsız hala düşüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Mətləb

Chosen
60
11
baki-xeber.com

10Sources