AZ

Binəqədi-Novxanı şosesində minik avtomobili YANDI - FOTO

Binəqədi-Novxanı şosesində minik avtomobili yanıb.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil yanaraq tamamilə yararsız hala düşüb.
 
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
 
Yanğın qısa müddətdə söndürülüb.
 
Hadisənin başvermə səbəbləri araşdırılır.
Seçilən
30
5
moderator.az

10Mənbələr