“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Benfika” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, Portuqaliya klubu “Şaxtyor”dan Georgi Sudakovu transfer edib.
Bu barədə Lissabon klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi “Benfika”da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, “Qarabağ” ÇL-də ilk oyununu məhz lissabonlulara qarşı keçirəcək. Ağdamlılar bu komanda ilə sentyabrın 16-da səfərdə qarşılaşacaq.