EN

Gədəbəydə müəllim rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını iddia edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gədəbəy Uşaq İncəsənət Məktəbinin müəllimi Əfsanə Məmmədzadə rəhbərlik tərəfindən psixoloji təzyiqə məruz qaldığını iddia edir.
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə bununla bağlı video müraciət paylaşıb. Müəllimin iddiasına görə, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədova rüşvət vermədiyi üçün dəfələrlə işdən çıxarılmaqla hədələnib, qeyri-etik davranışlarla qarşılaşıb:
"Artıq 3 ildir ki, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədov tərəfindən psixoloji təzyiqlərə, əsassız ittiham və böhtanlara məruz qalıram. Rüşvət ödəmədiyim üçün dəfələrlə işdən çıxarılmaqla hədələnir və qeyri-etik davranışlarla qarşılaşıram. Bu məsələ ilə bağlı dəfələrlə Mədəniyyət Nazirliyi və digər hüquq-mühafizə orqanlarına müraciət etsəm də, nəticəsiz qalıb. Hər kəsə məlum olan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində məsələ ört-basdır edilir. Bununla bağlı sübutlarım da var".
Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı mövqeyi isə fərqlidir. Qurumdan bildirilib ki, müəllimin müraciəti araşdırılıb:
"Əfsanə Məmmədzadə tərəfindən edilən müraciətə aidiyyəti üzrə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində baxılıb. 26 dekabr 2024-cü il tarixində idarənin monitorinq komissiyası tərəfindən aparılmış yoxlama zamanı əməkdaşın bəzi qayda pozuntuları qeydə alınıb və mövcud qaydalara uyğun olaraq intizam tədbiri tətbiq edilib.
Diqqətinizə çatdırırıq ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində mütəmadi monitorinqlər keçirilir və aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür".
Chosen
136
24
oxu.az

10Sources