ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İrəvanın mərkəzində "Toyota Sienna" avtomobilində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan marşrut avtobusu və üç minik maşını ciddi zərər görüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilib, lakin hələlik onların neçə nəfər olduğu acıqlanmayıb.
Verilən ilkin açıqlamaya görə, hadisə "Toyota Sienna" avtomobilinin qaz balonunun partlaması nəticəsində baş verib.
İrəvanın mərkəzində güclü partlayış: Xəsarət alanların olduğu bildirilir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.