EN

Mourinyo Premyer Liqaya qayıdır

Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Vest Hem"in yeni baş məşqçisi ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "The West Ham Way" məlumat yayıb.

Klubun hazırkı çalışdırıcısı Qrem Potter böyük təzyiq altındadır və yaxın vaxtlarda işini itirə bilər. Mənbənin iddiasına əsasən, rəhbərlik Potterlə yolları ayıracağı halda, tanınmış portuqaliyalı mütəxəssisə müraciət etməyi planlaşdırır.

Xatırladaq ki, avqustun 29-da "Fənərbağça" Mourinyonu, komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədiyi üçün istefaya göndərmişdi.

Chosen
104
publika.az

1Sources