EN

Paytaxtda sürücü svetofor dirəyini aşırıb

Bakıda sürücünün diqqətsizliyi səbəbindən nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün paytaxtın Səbail rayonu ərazisində - Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

NİİM-in əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Chosen
5
3
sia.az

4Sources