AZ

Paytaxtda sürücü svetofor dirəyini aşırıb

Bakı, 2 sentyabr, AZƏRTAC

Bakıda sürücünün diqqətsizliyi səbəbindən nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün paytaxtın Səbail rayonu ərazisində - Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

NİİM-in əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Seçilən
7
3
azertag.az

4Mənbələr