EN

BMT: 200 min dən çox suriyalı Livanı tərk edərək öz ölkələrinə qayıdıb

ain.az bildirir, Apa.az portalına istinadən.

2025-ci il başlayandan bəri Livandan 200 000-dən çox suriyalı öz ölkəsinə qayıdıb.

APA xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kelli Klements AFP-ə məlumat verib.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Suriyanın sabiq prezidenti Bəşər Əsədin devrilməsindən sonra digər ölkələrdə qaçqın olaraq məskunlaşmış suriyalıların bir qismi ölkələrinə qayıdıb.

Bununla belə, hələ də 13.5 milyon suriyalı ya ölkə daxilində yaşadığı yerdən didərgin düşüb, ya da digər ölkələrdə qaçqın həyatı yaşayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
84
6
apa.az

7Sources