AZ

BMT: 200 mindən çox insan Livandan Suriyaya qayıdıb

2025-ci il başlayandan bəri Livandan 200 000-dən çox suriyalı öz ölkəsinə qayıdıb...

APA xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Kelli Klements AFP-ə məlumat verib.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Suriyanın sabiq prezidenti Bəşər Əsədin devrilməsindən sonra digər ölkələrdə qaçqın olaraq məskunlaşmış suriyalıların bir qismi ölkələrinə qayıdıb.

Bununla belə, hələ də 13.5 milyon suriyalı ya ölkə daxilində yaşadığı yerdən didərgin düşüb, ya da digər ölkələrdə qaçqın həyatı yaşayır.

Poliqon.info

Seçilən
32
6
poliqon.info

7Mənbələr