Yenisabah saytına istinadən ain.az xəbər verir.
Rusiya heç vaxt Ukraynanın Aİ-yə üzvlüyünə etiraz etməyib, lakin onun NATO-ya üzvlüyü qəbuledilməzdir.
Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Ukraynanın Aİ-yə üzvlüyünə gəlincə, biz buna heç vaxt etiraz etməmişik. NATO-ya gəlincə, bu, başqa məsələdir", - Putin Pekində Slovakiyanın baş naziri Robert Fiko ilə görüşündə deyib. Toyuqlu pizza
O qeyd edib ki, söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir:
"Təkcə bu gün deyil, ortamüddətli yox, uzunmüddətli perspektivdə bu qəbuledilməzdir. Mövqeyimiz məlumdur, bunu, yəni Ukraynanın NATO-ya üzvlüyü qeyri-mümkün hesab edirik".
Rusiya prezidenti əlavə edib: "Təbii ki, Ukraynanın təhlükəsizliyini necə təmin etmək barədə öz qərarıdır, lakin fundamental sənədlərdə, o cümlədən Avropa qitəsində təhlükəsizlik sahəsində qeyd edildiyi kimi, bu təhlükəsizlik digər ölkələrin təhlükəsizliyi hesabına, xüsusən də Rusiya Federasiyasının hesabına təmin edilə bilməz."
Putin qeyd edib ki, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələsində variantlar var və münaqişə bitərsə, bu mövzuda konsensus tapmaq mümkündür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.