Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etməyib.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Ukraynanın Aİ-yə üzvlüyünə gəlincə, biz buna heç vaxt etiraz etməmişik. NATO-ya gəlincə, bu, başqa məsələdir", - Putin Pekində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşündə deyib.
O qeyd edib ki, söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir:
“Təbii ki, öz təhlükəsizliyini necə təmin etmək Ukraynanın öz qərarıdır, lakin fundamental sənədlərdə, o cümlədən Avropa qitəsində təhlükəsizlik sahəsində qeyd edildiyi kimi, bu təhlükəsizlik digər ölkələrin təhlükəsizliyi hesabına, xüsusən də Rusiya Federasiyasının hesabına təmin edilə bilməz”.
Nurlana ƏhmədovaMissiya.Az