EN

Samuxda iki maşın toqquşdu, ölən var

Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Kür yolunda qeydə alınıb. Rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü R. Behbudovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşub. Qəza zamanı sürücü R. Behbudov ölüb. Avtomobildə olan Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü E. Behbudov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
102
11
avtosfer.az

10Sources