AZ

Samuxda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür yolunda qeydə alınıb. Rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü R. Behbudovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşub. Qəza zamanı sürücü R. Behbudov ölüb. Avtomobildə olan Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü E. Behbudov və ikisi azyaşlı olmaqla daha 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Samuxda Samuxda
Seçilən
62
11
apa.az

10Mənbələr