Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanın şərqində, Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.
Məlumatda, həmçinin qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 3 000 nəfərdir. Ölü sayının artacağı istisna edilməyib.
Xatırladaq ki, sentyabrın 1-də Əfqanıstanın şərqində altı bal gücündə zəlzələ olub. /"The Associated Press"/