Yeni mövsüm üçün güclü heyət qurmaq istəyən "Qalatasaray" transfer fəaliyyətini davam etdirir. Metbuat.az xəbər verir ki, "Qalatasaray" "Mançester Siti"nin futbolçusu Manuel Akanci üçün təklif irəli sürüb. İnsayder Fabrizio Romanonun xəbərinə görə, "Qalatasaray" transferdə uğur əldə edə bilməyib. Məlumata görə, futbolçu “İnter” klubunu seçib. "İnter" isveçrəli müdafiəçini icarəyə götürüb. Razılığa əsasən “İnter” icarə üçün "Mançester Siti"yə 2 milyon avro ödəyəcək. İnter”in futbolçunu 15 milyon avro birdəfəlik almaq hüququ var. Qeyd edək ki, "Qalatasaray"ın "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanın transferi ilə bağlı razılıq əldə etdiyi barədə xəbərlər dərc edilib.