EN

Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstanın şərqində, Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.
Oxu.Az "The Associated Press" nəşrinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin mətbuat xidməti məlumat verib.
Məlumatda, həmçinin qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 3 000 nəfərdir.
Ölü sayının artacağı istisna edilməyib.
Xatırladaq ki, sentyabrın 1-də Əfqanıstanın şərqində altı bal gücündə zəlzələ olub.
Chosen
53
2
oxu.az

10Sources