EN

Juninyo ilə bağlı RƏSMİ AÇIQLAMA

Yerli mediada yayılan xəbərlərə görə "Qarabağ" sabiq hücumçusu Olavio Juninyonu yenidən heyətinə qatıb.

Azreform.info xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev bildirib ki, transfer olacağı təqdirdə klub tərəfindən rəsmi məlumat paylaşılacaq.

"Bu günün sonuna kimi vaxt var. Klub tərəfindən hansısa bir futbolçu transfer olunacağı təqdirdə tərəfimizdən rəsmi məlumat paylaşılacaq", - deyə A.Hacıyev bildirib.


***

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan “Qarabağ” uzun çəkən hücumçu transferini bitirib.

Azreform.info Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu “Flamenqo”ya satdığı Olavio Juninyonu geri qaytarıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.

29 yaşlı forvard yenidən “Qarabağ”ın formasını geyinəcək.

Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.

2023-cü ilin yayından “köhlən atlar”ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

Chosen
71
24
azreform.info

10Sources