EN

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çeçenistan lideri Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb.Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Təhlükəsizlik Xidmətinin müstəntiqləri qiyabi olaraq Kadırova Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsi (“Müharibə qanunlarını və adətlərini pozma” – red.) ilə şübhəli olduğunu bildiriblər”, - məlumatda deyilir.

Bundan əvvəl, 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti Ramzan Kadırov barəsində axtarış elan etmişdi. Bunu Ukrayna xüsusi xidmətinin məlumat bazası da sübut edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
87
2
modern.az

3Sources