1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İyulun 2-də Saatlı rayonunda ot yükləyərkən yanıq xəsarətləri alan 73 yaşlı kişi xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaracalar kəndində baş verib.
Kənd sakini, 1952-ci il təvəllüdlü Teyyub Əyyub oğlu Ağayev yük avtomobili ilə ot bağlaması daşıyarkən ot bağlaması elektrik naqilinə dəyib və alışıb.
Yanıq xəsarətləri alan T.Ağayev Nərimanov Tibb Mərkəzinə yerləşdirilsə də, avqustun 31-də orada vəfat edib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli