EN

ŞƏT ölkələrinin öz ödəniş sistemi olacaq - Dmitriyev

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin öz ödəniş sistemi olacaq.

Publika.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.

O qeyd edib ki, ŞƏT ölkələrinin mümkün birgə ödəniş sisteminin yaradılmasını Rusiya prezidenti Vladimir Putin Çində keçirilən sammit çərçivəsində bəyan edib.

Dmitriyevin fikrincə, bu, rusiyalılara müsbət təsir göstərəcək, çünki Rusiya bank kartları xaricdə daha fəal şəkildə qəbul ediləcək. Bundan əlavə, investisiya və iqtisadi mexanizmlər daha böyük həcmdə həyata keçiriləcək.

O, ŞƏT-in öz ödəniş sisteminin nə vaxt hazır olacağı ilə bağlı konkret tarix açıqlamayıb, lakin əlavə edib ki, Rusiya Mərkəzi Bankı zamanla ətraflı məlumat verəcək.

Chosen
110
publika.az

1Sources