Şimali Koreya mühəndisləri qitələrarası ballistik raketlər üçün yeni mühərrik hazırlayıblar. SİA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Bildirilir ki, mühərriklər yeni nəsil “Xvanson-20” raketlərinə quraşdırılacaq.
Bərk yanacaqlı raket mühərriki kompozit materialdan hazırlanıb və 2 il ərzində məxfi şəraitdə test edilib.