Bakı. Trend:
Şimali Koreya mühəndisləri qitələrarası ballistik raketlər üçünyeni mühərrik hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi TeleqrafAgentliyi məlumat yayıb. Bildirilir ki, mühərriklər yeni nəsil“Xvanson-20” raketlərinə quraşdırılacaq.
Bərk yanacaqlı raket mühərriki kompozit materialdan hazırlanıbvə 2 il ərzində məxfi şəraitdə test edilib.