EN

Çexiyanın keçmiş baş naziri hücuma məruz qalıb

Çexiyanın keçmiş baş naziri və hazırda müxalifətdəki ANO (YES) hərəkatının lideri Andrey Babiş oktyabrın 3-4-də keçiriləcək parlament seçkiləri ərəfəsində keçirilən mitinqdə hücuma məruz qalıb.Bu barədə "ČTK" xəbər agentliyi partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadən xəbər verib.

Hadisə sentyabrın 1-də ölkənin şərqindəki Dobra şəhərində baş verib. Babişin başına metal əşya ilə vurulub, nəticədə o, yaxınlıqdakı xəstəxanaya aparılıb və tibbi müayinədən keçirilib. Xəstəxanada onun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Chosen
92
anews.az

1Sources