EN

Çörək sexində nöqsanlar aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində fəaliyyət göstərən Yuşə Niyaz oğlu Məmmədova məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

ÖlkÉ™.az xÉ™bÉ™r verir ki, müəssisÉ™dÉ™ sanitar-gigiyenik qaydalara É™mÉ™l olunmadığı, alÉ™t vÉ™ avadanlıqların tÉ™miz saxlanılmadığı, dezinfeksiya iÅŸlÉ™rinin aparılmadığı, işçilÉ™rin tibbi müayinÉ™lÉ™rdÉ™n keçmÉ™diyi aÅŸkarlanıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib.

Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.

Chosen
9
21
olke.az

10Sources