AZ

Naxçıvanda çörək sexində nöqsanlar aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində fəaliyyət göstərən Yuşə Niyaz oğlu Məmmədova məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.
Oxu.Az xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib.
Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.
Seçilən
39
5
oxu.az

10Mənbələr