EN

İsveç millisinin kapitanı MY-ni "Aston Villa"ya dəyişdi - RƏSMİ

"Aston Villa" İngiltərə Premyer Liqasının digər təmsilçisi "Mançester Yunayted"in mərkəz müdafiəçisi Viktor Lindelöfü transfer edib.

Fanat.Az xəbər verir ki, məlumatı Birmingem klubunun mətbuat xidməti yayıb.

Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2017-ci ildən Mançester klubunun formasını geyinirdi. O vaxtdan bəri "qırmızı şeytanlar"ın sıralarında 284 matça çıxan İsveç millisinin kapitanı 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Lindelöfün transfer qiymətini 8 milyon avro ilə qiymətləndirir.

Nihat

Chosen
29
1
fanat.az

2Sources