EN

Ukrayna Krımda Rusiyanın iki helikopterini və bir yedək gəmisini vurub: ANBAAN görüntülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Müdafiə Qüvvələri Krım ərazisində Rusiyanın iki "Mi-8" helikopterini və bir yedək gəmisini vurub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
Bildirilib ki, Baş Kəşfiyyat İdarəsinin döyüşçüləri Krımda Rusiya hərbi obyektlərinə zərbələr endirməkdə davam edirlər.
"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Kabuslar" xüsusi təyinatlı bölməsinin Krım ərazisində sistemli döyüş işinin daha bir nəticəsi: dronlar vasitəsilə Simferopol yaxınlığındakı Qvardeyskidə rus işğalçılarının aviabazasını vurublar - düşmənin iki "Mi-8" helikopteri müvəffəqiyyətlə məhv edilib", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, sıradan çıxarılan helikopterlərin təxmini dəyəri 20-30 milyon dollar təşkil edir.
Eyni zamanda, Sevastopol körfəzində Rusiya yedək gəmisi, ehtimal ki, "BUK-2190" da vurulub - yarımadada ruslara qarşı hava hücumu zamanı Ukrayna kəşfiyyatçıları gəmiyə müvafiq döyüş başlığını istiqamətləndiriblər.
Chosen
229
14
oxu.az

10Sources