Yazını böyüt
Yazını kiçilt
"Ənsar Allah" (husilər) qiyamçı hərəkatının təhlükəsizlik qüvvələri Yəmənin paytaxtı Sənada BMT-nin Ümumdünya Ərzaq Proqramının əməkdaşını saxlayıblar.
Hafta.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) humanitar təşkilatın bəyanatına istinadən məlumat yayıb. Məlumata görə, yerli təhlükəsizlik qüvvələri təşkilatın Sənadakı ofislərində axtarışlar aparıb və işçilərdən birini saxlayıblar.