EN

Əfqanıstanda güclü zəlzələ oldu – Yüzlərlə ölü var

Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib.

Heftelik.az  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 27 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Yerli mətbuat zəlzələ nəticəsində azı 250 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı barədə məlumat yayıb.

 

Chosen
115
1
heftelik.az

3Sources