EN

Super Liqa: “Trabzonspor” ilk xal itkisi ilə üzləşdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.

“Başakşəhər” – “Eyüpspor” matçında qapılara qol vurulmayıb. “Trabzonspor” – “Samsunspor” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Nəticədə Trabzon klubu cari mövsümdə ilk xal itkisi ilə üzləşib.

Dörd qolun qeydə alındığı “Gənclərbirliyi” – “Fənərbağça” matçında qonaqlar inamlı qələbəyə seviniblər. Səfərdə “Alanyaspor”la qarşılaşan “Beşiktaş” isə 2 cavabsız qolla uduzub.

Beləliklə, 4 turdan sonra “Qalatasaray” maksimum nəticə göstərmiş yeganə komandadır – 12 xal. “Trabzonspor” 10 xalla ikinci, “Göztəpə” 8 xalla üçüncüdür. “Konyaspor”, “Fənərbağça” və “Samsunspor”un isə 7 xalı var.

Türkiyə, Super Liqa
4-cü tur

29 avqust

Göztəpə – Konyaspor 1:1
Qollar: Dennis, 50 – T.Taşçı, 85.

30 avqust

Kasımpaşa – Qaziantep 2:3
Qollar: Qeye, 70. Hayradinoviç, 87-pen – M.Kabasakal, 13. Lunqoyi, 30. A.Kızıldağ, 74.

Kocaelispor – Kayserispor 1:1
Qollar: Petkoviç, 90+5 – Benes, 90.

Antalyaspor – Karagümrük 1:2
Qollar: G.Vural, 11 – A.Çinar, 42. D.Conson, 90+4.

Qalatasaray – Rizəspor 3:1
Qollar: D.Sançes, 20. Osimhen, 65. İkardi, 90+2 – Vareşanoviç, 73.

31 avqust

Başakşəhər – Eyüpspor 0:0

Gənclərbirliyi – Fənərbağça 1:3
Qollar: Qutas, 64 – P.Pereyra, 14-öz qapısına. En Nesiri, 35; 40.

Alanyaspor – Beşiktaş 2:0
Qollar: İ.Kaya, 45+5-pen. G.Yalçın, 76.

Trabzonspor – Samsunspor 1:1
Qollar: Onuaçu, 16 – Marius, 88.

Chosen
129
3
arena.az

4Sources