EN

Türkiyə Superliqası: "Fənərbağça" Mourinyosuz ilk matçında qalib gəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Futbol üzrə Türkiyə Superliqasında IV turun maraqlı oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Fənərbağça" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb.
Joze Mourinyo ilə yolların ayrılmasından sonra İstanbul təmsilçisi ilk matçında Ankarada inamlı qələbə qazanıb - 1:3.
Qarşılaşmada hesab 14-cü dəqiqədə avqotolla açılıb. Meydan sahiblərinin heyətində Pedu Pereyra topu öz qapısından keçirib. Qonaqların digər 2 qolunu isə Yussef En-Nesiri vurub. "Gənclərbirliyi"nin yeganə qoluna isə Dmitrios Qutas imza atıb.
Hazırda "Fənər" 7 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Çempionata 12 xalla bir oyun daha artıq keçirən "Qalatasaray" başçılıq edir.
Chosen
34
4
oxu.az

10Sources