EN

"Hər iki tərəf qələbə qazana bilərdi" - Saşa İliç

"Sumqayıt" Misli premyer-liqasının evdə baş tutan 3-cü tur matçında "Şamaxı"yla heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında media nümayəndələrinin önünə çıxdı.

- Çox çətin oyun oldu. Hər iki tərəf qələbə qazana bilərdi. Birinci hissədə yaxşı oynasaq da, ikinci yarıda işlər mənim istədiyim kimi getmədi.

- İlk iki turda qapısında qol görməyən "Sumqayıt" bu gün müdafiə xəttində inamsız göründü. Səbəb nədi?
-Bəzən yaxşı müdafiəçilər də qol buraxır. Bu gün adi vəziyyətdə qapımızda qol gördük. İkinci hissədə uzun ötürmələrlə bağlı problem yaşadıq: top ünvana çatmırdı.

- Milli fasilə işinizə yarayacaq?
- Əslində fasilənin yaranması bizim xeyrimizədi. Çünki, oyunçular "Qarabağ"la matçda çox yorulub.

- 3 turdan sonra 7 xal toplamısız. Nəticəni necə dəyərləndirirsiz?
- "Qarabağ"ın da rəqiblər arasında olduğunu nəzərə alsaq, yaxşı nəticədi. Hələ çempionatın əvvəlidi. Ancaq növbəti oyunu fikirləşirik.

- Premyer-liqanın səviyyəsi ilə bağlı fikirləriniz necədi?
- Fikir bildirmək üçün vaxt lazımdı. "Qarabağ" Azərbaycanın ən güclü komandasıdı. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla bunu sübut etdilər. Hər oyunun çətin olacağını düşünürəm. Premyer-liqada avrokubok təcrübəsi olan komandalar var.

Chosen
61
1
football-plus.az

2Sources