AZ

Hər iki tərəf qələbə qazana bilərdi Saşa İliç

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Sumqayıt" Misli premyer-liqasının evdə baş tutan 3-cü tur matçında "Şamaxı"yla heç-heçə etdi - 1:1."Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında media nümayəndələrinin önünə çıxdı.- Çox çətin oyun oldu. Hər iki tərəf qələbə qazana bilərdi. Birinci hissədə yaxşı oynasaq da, ikinci yarıda işlər mənim istədiyim kimi getmədi.- İlk iki turda qapısında qol görməyən "Sumqayıt" bu gün müdafiə xəttində inamsız göründü. Səbəb nədi?- Bəzən yaxşı müdafiəçilər də qol buraxır. Bu gün adi vəziyyətdə qapımızda qol gördük. İkinci hissədə uzun ötürmələrlə bağlı problem yaşadıq: top ünvana çatmırdı.- Milli fasilə işinizə yarayacaq?- Əslində fasilənin yaranması bizim xeyrimizədi. Çünki, oyunçular "Qarabağ"la matçda çox yorulub.- 3 turdan sonra 7 xal toplamısız. Nəticəni necə dəyərləndirirsiz?- "Qarabağ"ın da rəqiblər arasında olduğunu nəzərə alsaq, yaxşı nəticədi. Hələ çempionatın əvvəlidi. Ancaq növbəti oyunu fikirləşirik.- Premyer-liqanın səviyyəsi ilə bağlı fikirləriniz necədi?- Fikir bildirmək üçün vaxt lazımdı. "Qarabağ" Azərbaycanın ən güclü komandasıdı. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla bunu sübut etdilər. Hər oyunun çətin olacağını düşünürəm. Premyer-liqada avrokubok təcrübəsi olan komandalar var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
1
icma.az

2Mənbələr