Ağ Ev ABŞ Konqresinin təsdiqlədiyi təxminən 5 milyard dollarlıq xarici yardım və sülhməramlı xərcləri ixtisar etməyə hazırlaşır.
Referans xəbər verir ki, məlumata görə, bu məbləğ ABŞ-ın beynəlxalq təşkilatlara ayırdığı vəsait, sülhməramlı missiyalar, həmçinin USAID xətti ilə göstərilən yardımları əhatə edir. "New York Post"-un yazdığına görə, Tramp administrasiyası bu qərarla ölkə daxilində maliyyə resurslarını gücləndirməyi planlaşdırır.
Bu addım ABŞ-ın xarici siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir və beynəlxalq təşkilatlarla münasibətlərə ciddi təsir göstərə bilər.