EN

Məşhur rusiyalı bəstəkar Rodion Şedrin vəfat edib

Məşhur rusiyalı bəstəkar Rodion Şedrin 93 yaşında vəfat edib.

Missiya.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

O, yeddi operanın, beş baletin, üç simfoniyanın, on dörd konsertin, çoxsaylı kamera, instrumental, vokal, xor və proqram musiqisi əsərlərinin, filmlər və teatr tamaşaları üçün musiqilərin müəllifidir. 

Onun əsərlərinə “Balaca donqarlı at” , “Karmen süitası”, “Anna Karenina”, “Qağayı”, “Köpəkli xanım” baletləri, "Ölü canlar", "Lolita", "Sehrli sərgərdan", "Boyarina Morozova", "Solçu" operaları və bir çox başqa əsərlər daxildir.

Bəstəkar çağdaş dünya musiqisinin yaşayan klassiklərindən hesab edilirdi.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
140
missiya.az

1Sources