EN

Türkiyənin iki vilayətində meşə yanğını başladı

Türkiyənin Hatay vilayətinin Antakya ilçəsində meşəlik ərazidə yanğın başlayıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğının hansı səbəbdən başladığı məlum deyil.

Yanğına həm qurudan, həm də havadan müdaxilə edilir.

Bundan əlavə, Bursa vilayətinin Yenişehir ilçəsində də meşə zolağında güclü yanğın başlayıb.

Yanğın səbəbindən Bursa-Yenişehir magistralı gediş-gəlişə bağlanıb.

Güclü küləyin təsirindən yanğın daha geniş əraziyə yayılıb.

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.

Chosen
53
23
axar.az

10Sources