EN

Aİ Brüsseldəki Rusiya səfirini çağırıb

Avropa İttifaqı (Aİ) Kiyevdəki nümayəndəliyin binasına endirilən zərbədən sonra Rusiyanın Brüsseldəki səfirini çağırıb.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında yazıb.

Onun sözlərinə görə, missiyanın əməkdaşları Kiyevdə işlərini davam etdirirlər, Aİ-nin Ukraynaya dəstəyi isə sarsılmazdır.

"Heç bir diplomatik missiya hədəf olmamalıdır", - K.Kallas vurğulayıb.

Chosen
10
1
aznews.az

2Sources