ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aİ Kiyevdəki nümayəndəliyin binasına endirilən zərbədən sonra Rusiyanın Brüsseldəki səfirini çağırıb.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında yazıb.
Onun sözlərinə görə, missiyanın əməkdaşları Kiyevdə işlərini davam etdirirlər, Aİ-nin Ukraynaya dəstəyi isə sarsılmazdır.
"Heç bir diplomatik missiya hədəf olmamalıdır", - K.Kallas vurğulayıb.
"Mən Kiyevdəki binamız Rusiyanın zərbəsi nəticəsində ziyan gördükdən sonra nümayəndəlikdə olan həmkarlarımla danışdım. Sizin Ukraynanı dəstəkləmək qətiyyətiniz bizə güc verir. Heç bir diplomatik missiya hədəfə alınmamalıdır. Buna cavab olaraq Rusiyanın Brüsseldəki səfirini çağırırıq", - o qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.