EN

“Qürurlu ata kimi hiss edirəm” — “Braqa”dan “Qarabağ”a təbrik (VİDEO)

Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı maraqlı təbrik ünvanlayıb. 

Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi “TikTok” hesabında paylaşım edilib. 

Paylaşımda məşhur filmdən ağlama səhnəsi paylaşılıb və bu sözlər yazılıb: “Qarabağ”ın UEFA Çempionlar Liqasına yüksəlməsini izləyən qürurlu ata kimi hiss edirəm”. 

Videonun açıqlama hissəsinə isə “sizin üçün xoşbəxtik, uşaqlar. Uzun bir yol qət etdik”,- sözləri əlavə olunub.

Bu da izləyicilər tərəfindən maraqla qarşılanıb. Onlar rəqibin hələ də “Qarabağ”ı unutmadığını qeyd ediblər. 

Xatırladaq ki, ötən il “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı. 

Sözügedən paylaşımı təqdim edirik: 

 

Chosen
49
11
demokrat.az

10Sources