AZ

“Bayer”dən “Qarabağ”la bağlı maraqlı PAYLAŞIM - FOTO

Almaniyanın “Bayer” klubu “Qarabağ”la bağlı sosial media hesabında maraqlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda şəkildəki şəxslərdən birinin dilindən “Bu gün Çempionlar Liqasında püşkatmadır” mesajı verilib.
 

Bu zaman digər şəxs isə “Əla. Biz “Qarabağ”la düşmərik, hə?” sualı verir. Daha sonra həmin şəxs sualı təkrarlayır: “Doğrudur?”



Cavab gəlmir. “Bayer”in səhifəsi buna zarafatla “Admin hələ də bərpa olunur” sözlərini yazıb.

Qeyd edək ki, bu gün ÇL-in Liqa mərhələsinin püşkü atılacaq. “Qarabağ”ın potensial rəqiblərindən biri də “Bayer”dir.

Xatırladaq ki, “Qarabağ”la “Bayer” son dəfə 2024-cü ildə Avropa Liqasının 1/8 finalında qarşılaşıb. Almanlar mərhələ adlasa da, hər iki matçda çətinliklə üzləşiblər (3:2, 2:2).


Bizim.Media

Seçilən
24
50
bizim.media

10Mənbələr