EN

Azərbaycanlı hakim-inspektor UEFA-dan yeni təyinat alıb

Azərbaycanlı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan 1news.az-a verilən məlumata görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom” stadionunda baş tutacaq.

Chosen
34
24
1news.az

10Sources