Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.
"Football-plus az" xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Hersoqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Mostar şəhərində yerləşən "Bijelim Brijeqom" stadionunda baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta